Ana Sayfa > Karusel / Dünya / Foto-fakt / Xəbəraz TV > Suriyada ilk Rusiya qırıcısı vuruldu – VİDEO

Suriyada ilk Rusiya qırıcısı vuruldu – VİDEO


2-10-2015, 12:28. Yazar: Xeberaz
Suriyada ilk Rusiya qırıcısı vuruldu – VİDEO
Kremlin reaksiyası.

İnternetdə guya suriyalı qiyamçıların Bəşər Əsəd qüvvələrini dəstəkləyən Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-25 hücum təyyarəsini vurduqlarını əks etdirən görüntülər yayılıb.

Videokadrlarda hansısa zədə aldığı görünməsə də, yüksəkliyi sürətlə itirən təyyarə yer alıb.

Videoya əlavə edilən yazıda Suriya qiyamçılarının təyyarəni Rusiya Hərbi-Hava Qüvvələri tərəfindən bombardmana məruz qalan Hama səmasında vurduqları bildirilir.

Kadr arxasında ərəb nitqi aydın eşidilir, amma videonun doğruluğunu hələlik müəyyənləşdirmək mümkün olmayıb.

Kremldə YouTube-də yerləşdirilmiş, guya suriyalı yaraqlılar tərəfindən vurulmuş Rusiya hərbi təyyarəsini əks etdirən kadrları şərh etmirlər, RİA Novosti xəbər verir.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bilirsiz, mən YouTube-da peyda olan videoçarxları şərh etmirəm. Burada Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata əsaslanmağı təklif edirəm”, - Peskov sualı cavablandırarkən bildirib.Oxu.Az

Geri dön