Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Xətaidə özünü 8-ci mərtəbədən atan qız sağ qaldı

Xətaidə özünü 8-ci mərtəbədən atan qız sağ qaldı


2-10-2015, 12:04. Yazar: Xeberaz
Xətaidə özünü 8-ci mərtəbədən atan qız sağ qaldı
Paytaxtda intihara cəhd.

Bakıda intihara cəhd olub.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, intihara cəhd hadisəsi Qaçaq Nəbi küçəsi 2A, mənzil 34 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1990-cı il təvəllüdlü Şərqiyyə Azər qızı Qasımova yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb. Müxtəlif bədən xəsarətləri alan gənc qız xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisənin motivi məlum deyil.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Geri dön