Ana Sayfa > Karusel / Maraqlı / Foto-fakt > Dünyada yeni ilan növü tapılıb

Dünyada yeni ilan növü tapılıb


2-10-2015, 01:11. Yazar: Xeberaz

Dünyada yeni ilan növü tapılıb
Türkiyə mətbuatı xəbər verir ki, sürünənin yeni cinsi Hatay vilayətinin dağlıq ərazilərində aşkar olunub.

Tədqiqatçıların tapdığı ilanlardan DNT analizi götürülərək araşdırılıb və belə qənaətə gəlinib ki, bu ilan növünün burun ucu küt və baş hissəsi fərqlidir. Anatomik quruluş və DNT analizinin nəticələri bu ilanın yeni bir cins olduğunu deməyə əsas verib. Bu kəşflə dünyada ilan növlərinin sayı 515-ə çatıb.

Yeni ilan növünün uzunluğu 30 santimetr, incə və kiçik quruluşludur. Dərisinin rəngi sarımtılla qızılı arasında dəyişir. Başının üstü qara rənglə örtülüdür. Başının ön hissəsi kül rəngindədir. Zəhərsiz və zərərsiz bir ilandır. Adətən daşın altında olur. Rütubətli bölgələrdə torpağa girib gizlənə də bilir.

Türkiyədə yeni ilan növünü aşkar edən ovçular sürünənə “Muhtarophis” adını veriblər. report
Geri dön