Ana Sayfa > Karusel / Hadisə / Dünya / M2 / Məşhurların Taleyi > Ərdoğanı təhqir edən aktrisaya 2 il həbs istənildi

Ərdoğanı təhqir edən aktrisaya 2 il həbs istənildi


28-03-2015, 14:27. Yazar: Xeberaz
Ərdoğanı təhqir edən aktrisaya 2 il həbs istənildi

Türkiyəli aktrisa Gonca Vuslateriyə Twitter-də ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi iddiası ilə açılan məhkəmə prosesi baş tutub.


Xeberaz.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğanın vəkili vasitəsilə Vuslaterinin paylaşımında "təhqir" ünsürlərinin yer aldığı iddia olunub. Ankara Respublika Prokuroru Adəm Can tərəfindən iddianamə hazırlanıb.

Vuslateri iddiaları qəbul etməzkən, vəkili də Vuslaterinin komedya oyunçusu olduğunu, bir yumor jurnalında yer alan karikaturanı paylaşdığını bildirib. Aktrisanın prezidenti təhqir etməsi səbəbiylə 1 ildən 2 ilə qədər həbsi istənilib.
Geri dön