Ana Sayfa > Karusel / Hadisə / M2 > Zaqatalada 88 yaşlı kişi intihar etdi

Zaqatalada 88 yaşlı kişi intihar etdi


2-10-2015, 00:25. Yazar: Xeberaz
Zaqatalada 88 yaşlı kişi intihar etdi
Faktla bağlı cinayət işi başlayıb.

Zaqatalada 88 yaşlı kişi intihar edib.

Xəbəraz.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün saat 17.00 radələrində rayonun Yuxarı Tala kəndində qeydə alınıb.

1927-ci il təvəllüdlü Zeynalabid Süleyman oğlu Mahmudovun meyiti ailə üzvləri tərəfindən yaşadığı ünvanda asılı vəziyyətdə aşkar edilib. 88 yaşlı Z. Mahmudovun intihar etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Geri dön