Ana Sayfa > Karusel / İdman / Foto-fakt / Xəbəraz TV > “Qarabağ” “Anderlext”i məğlub etdi - VİDEO

“Qarabağ” “Anderlext”i məğlub etdi - VİDEO


2-10-2015, 00:05. Yazar: Xeberaz
“Qarabağ” “Anderlext”i məğlub etdi - VİDEO
Təmsilçimiz qrup ikinciliyinə yüksəldi.

UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunun oyunları keçirilib.

Təmsilçimiz “Qarabağ” bu mərhələdə doğma meydanda Belçikanın “Anderlext” klubunu qəbul edib və minimal hesabla (1:0) qalib gəlib.

Yeganə qolu qarşılaşmanın 36-cı dəqiqəsində Riçard Almeyda vurub.

Bu qrupun digər oyununda “Monako” “Tottenhem” ilə 1:1 hesablı bərabərliyə qalıb.

İki turdan sonra J qrupunda vəziyyət belədir:

1. “Tottenhem” (İngiltərə) - 4 xal

2. “Qarabağ” (Azərbaycan) - 3 xal

3. “Monako” (Fransa) - 2 xal

4. “Anderlext” (Belçika) -1 xal

Geri dön