Ana Sayfa > Karusel / Təhsil / M2 > TQDK: 8-ci sinif “Azərbaycan dili” dərsliyi tələblərə cavab vermir

TQDK: 8-ci sinif “Azərbaycan dili” dərsliyi tələblərə cavab vermir


1-10-2015, 17:29. Yazar: Xeberaz
TQDK: 8-ci sinif “Azərbaycan dili” dərsliyi tələblərə cavab vermir
Rəy Təhsil Nazirliyinə göndərilib.

Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış və bu tədris ilində nəşr edilərək 8-ci sinif şagirdlərinin istifadəsinə verilmiş “Azərbaycan dili” dərslik komplektinin nəşrəqədərki maketinin qiymətləndirilməsində iştirak edən qurumlardan biri də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) olub.

TQDK-nın mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, 2015-ci ilin əvvəlində dərsliyin maketi TQDK-nın ekspertləri tərəfindən “Dərsliklərin qiymətləndirilməsi meyarları” əsasında dərsliyin və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından təhlil edilərək, rəy hazırlanıb.

Maketin qeyd edilən meyarlar üzrə tələblərə cavab vermədiyi rəydə göstərilib və rəy Təhsil Nazirliyinə göndərilib.
Geri dön