Ana Sayfa > Karusel / Hadisə / M2 > Yasamalda öküzü güllələdilər

Yasamalda öküzü güllələdilər


1-10-2015, 17:23. Yazar: Xeberaz
Yasamalda öküzü güllələdilər
Heyvan Nəzərovanı vurub.

Bakıda maraqlı hadisə baş verib. Qəssabdan qaçan öküz yaxınlıqdakı evlərdən birinə girib. Ev sakini öküzü zərərsizləşdirmək üçün onu güllələyib. Hadisə Yasamal rayonu ərazisində baş verib.

Xəbəraz.az xəbər verir ki, hadisə şahidlərinin musavat.com-a verdiyi məlumata görə, Bakı sakini Zəka Babazadəyə məxsus B.Məmmədov küçəsi 43-də yerləşən ət dükanının qarşısından ipi qıraraq, qaçan öküz Mustafa Sübhi küçəsi 157 ünvanda yaşayan Fikrət Axundovun həyətinə girib.

Öküz həyət evindəki avtomobili əzib. Daha sonra öküz həmin ünvanda yaşayan 1953-cü il təvəllüdlü Elmira Nəzərovanı vuraraq, ona xəsarət yetirib.

E.Nəzərovanın oğlu 1979-cu il təvəllüdlü Anar Nağıyev özünə məxsus 12 kalibrli ov tüfəngi ilə öküzü güllələyərək, zərərsizləşdirib.
Geri dön