Ana Sayfa > Karusel / Hadisə / Dünya / M2 > Türk hərbi gəmiləri körfəzdə

Türk hərbi gəmiləri körfəzdə


28-03-2015, 11:37. Yazar: Elmir
Türk hərbi gəmiləri körfəzdə

Yəməndə hakimiyyətə qarşı baş qaldıran üsyançı husilərə qarşı başladılan hərbi əməliyyatlar dünən də davam etdirilib.

Xeberaz.az Avropa.info istinadən xəbər verir ki, Türkiyənin hərbi dəniz donanmasına aid bir hərbi gəmi də Fars körfəzindəki qaynar bölgəyə yaxınlaşıb.

Türkiyə mətbuatında yer alan xəbərlərdə korvet tipli “TCG Büyükada” hərbi gəmisinin qaynar bölgəyə tərəf irəlilədiyi bildirilir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bölgədə hərbi əməliyyatlar həyata keçirilən körfəz ölkələrinə nəqliyyat və kəşfiyyat dəstəyi verməyə hazır olduqlarını bildirib.
Geri dön