Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakının Sabunçu rayonunda qanlı hadisə baş verib

Bakının Sabunçu rayonunda qanlı hadisə baş verib


29-09-2015, 12:15. Yazar: Xeberaz
Bakının Sabunçu rayonunda qanlı hadisə baş verib

Xəbəraz.az APA-ya istinadən xəbər verir ki, Cəbrayıl Cəbrayılov idarə etdiyi "Fiat Doblo" markalı avtomobillə Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən sərnişini, 24 yaşlı Rəvanə Ağayeva özünü maşından çölə atıb. Ağır bədən xəsarətləri alan Rəvanə Ağayevanı xəstəxanaya Cəbrayıl Cəbrayılov özü çatdırıb. Xəstəxanadan yaralının vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat verilib. Cəbrayıl Cəbrayılovun izahatı alınıb. Baş verən hadisənin səbəbləri Sabunçu Rayon Prokurorluğunda araşdırılacaq.

Rəvanə Ağayevanın avtomobildən yerə necə düşməsinin səbəbləri araşdırmaların sonunda bəlli olacaq.
Geri dön