Ana Sayfa > Karusel / Hadisə / Fotogalereya > Azərbaycanda oğul atasını armaturla döydü

Azərbaycanda oğul atasını armaturla döydü


29-09-2015, 00:12. Yazar: Xeberaz
Azərbaycanda oğul atasını armaturla döydü
Bu gün axşam saatlarında Xaçmaz rayonunda oğul atasına xəsarət yetirib.

Xəbəraz.az ın APA-ya istinadən məlumatına görə, Xaçmaz şəhər sakini 1954-cü il təvəllüdlü Nadirşah İbrahimov oğlu 1983-cü il təvəllüdlü Namiq İbrahimov tərəfindən döyülüb.

Yaxınlarının verdiyi məlumata görə, şəxsi münaqişə zəmnində oğlu atasına armaturla zərbə vurub. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən N.İbrahimov kəllə beyin travması, baş beynin əzilməsi, təpə nahiyəsinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Geri dön