Ana Sayfa > Karusel / Gündəm / M2 > Bakıda həbsxanada kütləvi dava düşdü

Bakıda həbsxanada kütləvi dava düşdü


28-09-2015, 14:26. Yazar: Xeberaz
Bakıda həbsxanada kütləvi dava düşdü

Bakıdakı cəzaçəkmə müəssisələrindən birində məhbuslar arasında kütləvi dava düşüb

Xəbəraz.az xəbər verir ki, bu barədə “Report”a Xətai Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Belə ki, 7 saylı Cəzaçəkmə Müəssisəsində 27 yaşlı məhbus Cavanşir Nəcəfov 41 yaşlı məhbus Teymur Ağayevi döyərək ona ağır bədən xəsarətləri yetirib.

Davaya digər məhbuslar da qarışıb. Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.
Geri dön