Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Baloğlan Əşrəfov qəzadan danışdı: “”Hyundai” qəfildən qarşıma çıxdı”

Baloğlan Əşrəfov qəzadan danışdı: “”Hyundai” qəfildən qarşıma çıxdı”


28-09-2015, 01:16. Yazar: Xeberaz
Baloğlan Əşrəfov qəzadan danışdı: “”Hyundai” qəfildən qarşıma çıxdı”
Xəbər verdiyimiz kimi, Əməkdar artist Baloğlan Əşrəfov yol qəzasına düşüb.

Hadisə ötən gün saat 14.30 radələrində Biləsuvar rayonu ərazisində qeydə alınıb.

Xəbəraz.az xəbər verir ki , Müğənni yol qəzasına düşməsinin təfərrüatlarını AzNews.az-a danışıb. Onun sözlərinə görə, “Hyundai” markalı avtomobil qəfildən qarşısına çıxıb. Hadisə nəticəsində müğənninin ayağı sınıb: “Hazırda ayağım gipsdədir. Həkimlər müayinə etdilər. İndi evdəyəm. Vəziyyətim yaxşıdır. Avtomobilim tanınmaz vəziyyətdədir. Amma əsas odur ki, özüm sağ-salamatam”.

B.Əşrəfovun sözlərinə görə, qarşı tərəfdən heç kimə ağır xəsarət dəyməyib.
Geri dön