Ana Sayfa > Karusel / Hadisə / M2 > Toydan çıxan administratoru maşın vuraraq öldürdü

Toydan çıxan administratoru maşın vuraraq öldürdü


27-09-2015, 17:03. Yazar: Xeberaz
Toydan çıxan administratoru maşın vuraraq öldürdü
Sürücü hadisə yerindən qaçıb.

Ağstafada gecə saatlarında piyadanın ölümü ilə nəticələnin yol qəzası baş verib.

Xəbəraz.
az Region TV-yə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının 469-cu kilometrliyində, şadlıq evlərindən birinin qarşısında qeydə alınıb.

Toydan çıxıb yolu keçmək istəyən Ağstafa şəhər sakini, 42 yaşlı Elmar Vəliyevi naməlum avtomaşın vuraraq hadisə yerindən qaçıb. Yaralı ətrafdakı insanların köməkliyi ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Ağır bədən xəsarətləri alan Elmar Vəliyev səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Hadisəni törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, mərhum hadisə baş verən ərazidəki şadlıq evində adminstrator işləyirmiş.
Geri dön