Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda qadın özünü 9-cu mərtəbədən atdı

Bakıda qadın özünü 9-cu mərtəbədən atdı


26-09-2015, 17:47. Yazar: Xeberaz
Bakıda qadın özünü 9-cu mərtəbədən atdı
1983-cü il təvəllüdlü Adıgözəlova Könül.

Bakıda intihar hadisəsi baş verib.

Xəbəraz.az xəbər verir ki, Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 15.00 radələrində İlham Məmmədov, 15 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1983-cü il təvəllüdlü Adıgözəlova Könül Əli qızı yaşadığı binanın 9-cu mərtəbəsindən özünü atıb.

Nəticədə o aldığı xəsarətlərdən yerindəcə keçinib.

Hadisənin motivi hələlik məlum deyil.

Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Geri dön