Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Yasamalda yaşayış binası yandı

Yasamalda yaşayış binası yandı


26-09-2015, 12:44. Yazar: Xeberaz
Yasamalda yaşayış binası yandı
Sakinlər təxliyyə edilib.

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Xəbəraz.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən vətəndaşa məxsus sahəsi 10 kv.m olan otağın içərisinə yığılmış şirniyyat qutuları 5 kv.m sahədə və 0.5 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı 5-ci mərtəbə mənzildən 3 nəfər sakin təxliyə olunub.

Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Geri dön