Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Tovuzda çörək pulu qazanan qadının faciəvi ölümü

Tovuzda çörək pulu qazanan qadının faciəvi ölümü


24-09-2015, 20:37. Yazar: Xeberaz
Tovuzda çörək pulu qazanan qadının faciəvi ölümü
Faktla bağlı araşdırma aparılır.

Tovuzda ticarətlə məşğul olan qadın faciəvi şəkildə ölüb.

Xəbəraz.
az -ın Kəpəz TV-yə istinadən verdiyi xəbərə görə, Tovuz rayonunun Qovlar qəsəbəsində küçə ticarəti ilə məşğul olan qadını avtomobil vuraraq öldürüb.

“Vaz 21-06” markalı avtomobilin sürücüsü idarə etdiyi maşında yaranan nasazlıq nəticəsində sükana hakim ola bilməyərək onu yol kənarındakı ağaca vurub. Bu zaman orada küçə ticarəti ilə məşğul olan 59 yaşlı Almaz Hüseynova avtomobillə ağacın arasında sıxılaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
Geri dön