Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV > General oğlu ofisiantı belə bıçaqladı - VİDEO

General oğlu ofisiantı belə bıçaqladı - VİDEO


23-09-2015, 00:02. Yazar: Xeberaz
General oğlu ofisiantı belə bıçaqladı - VİDEO
Ofisiant insidentdən qaçmağa çalışsa da...

DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin şok görüntüləri ortaya çıxıb.

Xəbəraz.az Qafqazinfo-ya istinadən xəbər verir ki, həmin görüntülərdə Tamerlan Əsədullayevin bu ilin aprel ayında Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli olan ərazidə fəaliyyət göstərən restoranların birində bir neçə nəfərlə mübahisəsi öz əksini tapıb.

Mübahisənin yekununda isə general oğlu ofisiantı bıçaqlayıb. Videodan da göründüyü kimi, ofisiant insidentdən qaçmağa çalışsa da Tamerlan Əsədullayev onun ardınca düşüb və istəyinə nail ola bilib.

Xatırladaq ki, Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə təqsirləndirilən Tamerlan Əsədullayev ötən ay məhkəmə zalından sərbəst buraxılıb. Onun barəsində 3 il şərti cəza təyin olunub.

Həmin görüntüləri təqdim edirik:

Geri dön