Ana Sayfa > Karusel / Hadisə / M2 > Salyanda-Qayınatasını bıçaqladı, qayınanasını vurdu

Salyanda-Qayınatasını bıçaqladı, qayınanasını vurdu


22-09-2015, 21:12. Yazar: Xeberaz
Salyanda-Qayınatasını bıçaqladı, qayınanasını vurdu
Bu gün axşam saatlarında Salyanda yeznə qayınatasını bıçaqlayıb, qayınanasına isə xəsarət yetirib.

Xəbəraz.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Həsənli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Vaqif Sahib oğlu Cəfərov qeyri-rəsmi nikahda olduğu arvadını bir müddət bundan öncə döyərək ona ağır xəsarətlər yetirib. Bununla bağlı polisə şikayət olunub.

Polisə şikayət edildiyi üçün Vaqif Cəfərov qayınatasıgilə gələrək mübahisə edib. Sonra o, qayınatası, 1952-ci il təvəllüdlü Tahir Gülməmməd oğlu Adıgözəlova üzərində gəzdirdiyi bıçaqla zərbə endirib, qayınanasına isə həyətdəki bellə xəsarət yetirib. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Geri dön