Ana Sayfa > Karusel / Dünya / M2 > Məkkədə yanğın: Mindən çox zəvvar təxliyyə edilib

Məkkədə yanğın: Mindən çox zəvvar təxliyyə edilib


21-09-2015, 21:16. Yazar: Xeberaz
Məkkədə yanğın: Mindən çox zəvvar təxliyyə edilib
Xəsarət alanlar var.

Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gələn ən azı 1,5 min zəvvar Məkkədə mehmanxanadan təxliyyə edilib. “Əl-Vəfd” qəzetinin elektron versiyasında verilən məlumata əsasən, Yəmənin dörd vətəndaşı xəsarət alıb.

Xəbəraz.aaz xəbər verir ki, krallığın mülki müdafiə qüvvələrinin yardımı ilə yaşayış kompleksinin 15-ci mərtəbəsindəki yanğının qarşısını almaq mümkün olub.

İlkin versiyaya görə, yanğın mehmanxananın 11-ci mərtəbəsindəki nömrələrin birində naqillərdə yaranan problem üzündən baş verib. Xilasedicilər insanların həyatına qarşı təhlükə olmadığını təsdiq etdikdən sonra zəvvarlar öz nömrələrinə qayıdıblar, qəzetdə qeyd edilib.

Sentyabrın 17-də analoji hadisə üzündən Məkkədə əksəriyyəti Asiya ölkələrindən gələn müsəlmanların olduğu mehmanxanadan min nəfərdən çox zəvvar təxliyyə edilib. Yanğın 11 mərtəbəli binanın səkkizinci mərtəbəsində başlayıb, iki nəfər xəsarət alıb.
Geri dön