Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Bakıda 60 min manata Bakcell nömrəsi satılır

Bakıda 60 min manata Bakcell nömrəsi satılır


20-09-2015, 16:16. Yazar: Xeberaz
Bakıda 60 min manata Bakcell nömrəsi satılır
Cəmiyyətimizdə belə nömrələrə maraq böyük olur.

Bakıda 60 000 manata (055) X00-00-00 bahalı, “zerkalnı” – yəni ardıcıl, qoşa, yaxud eyni rəqəmlərin düzüldüyü olan nömrə satılır.

Elanı Tural Zeynalov adlı istifadəçi verib.

Qeyd edək ki, Azərbaycan cəmiyyətində nörmələrin “zerkalnı” olması bir çoxlarının sevimli müzakirə mövzularından biridir. Daha yaxşı yadda qaldığına görə, belə nömrələrə maraq böyük olur.

Lakin belə SIM kartların qiyməti daha baha olur. Adətən belə nömrələri iş adamları, siyasətçilər, yüksək səviyyəli rəsmilər, digər fəaliyyət sahələrinin nümayəndələri imicini qorumaq üçün alırlar.

Xatırladaq ki, bir müddət öncə ölkəmizdə hətta 90 000 manata (050) 555-55-55 nömrəsi satışa çıxarılmışdır. Disput.Az
Geri dön