Ana Sayfa > Karusel / Gündəm / Hadisə / M2 > Taksi Sürücüsünün özünü yandırmasına səbəb olan "QAİ"...

Taksi Sürücüsünün özünü yandırmasına səbəb olan "QAİ"...


20-09-2015, 15:31. Yazar: Fehrad
Taksi Sürücüsünün özünü yandırmasına səbəb olan "QAİ"...



Dünən gecə saat 23:00 radələrində 27 yaşlı Məqsəd adlı taksi sürücü üstünə benzin tökərək özünü yandırıb.

Xəbəraz.az-ın moderator.az-a istinadən məlumatına görə, hadisə Sumqayıtda-“Nərimanov” adlandırılan ərazidə baş verib.

İnsanlar taksi sürücüsünə kömək etməyə çalışsalar da onu xilas etmək mümkün olmayıb.

Özünü yandıran şəxs Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da vəziyyətinin ağır olduğunu əsas gətirərək onu xəstəxanaya qəbul etməyiblər. Bakıya aparılan taksi sürücüsü yolda dünyasını dəyişib.

Məqsəd ölməmişdən qabaq “məni buna QAİ Ramin məcbur etdi” deyib.

Qeyd edək ki, mərhumun iki azyaşlı uşağı var.
Geri dön