Ana Sayfa > Karusel / Dünya / M2 > Qız tək olduğu vaxt sevgilisini evə çağırdı və baxın nələr oldu?!

Qız tək olduğu vaxt sevgilisini evə çağırdı və baxın nələr oldu?!


20-09-2015, 01:38. Yazar: Xeberaz
Qız tək olduğu vaxt sevgilisini evə çağırdı və baxın nələr oldu?!
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kayseridə sevgilisi 15 yaşındakı E.B-nın, evdə tək olduğu sırada çay içmək üçün dəvət etdiyi 16 yaşındakı Ahmet Karakurt, qızın atasının evə gəlməsilə çaxnaşmaya düşərək sallandığı 12-ci mərtəbədəki mənzilin balkonundan düşərək ölüb.

Talehsiz hadisə, 2 gün əvvəl bir binanın 12-ci mərtəbəsində axşam saatlarında meydana gəlib. İddiaya görə E.B, evdə kimsənin olmadığını söyləyərək yoldaşı Əhməd Karakurtu çay içməyə dəvət edib. Evə gələn Əhməd Karakurt, sevgilisinin ikram etdiyi çayı içərkən, E.B-nın atası gəlib. Çaxnaşmaya düşən Əhməd Karakurt balkona qaçıb. Balkonda gizlənən Karakurt, qızın atasının balkona doğru yönəldiyini görüncə balkonun dəmirlərindən sallanıb. Bir müddət yapışmağa çalışan talehsiz gənc, ​​pəncərə mərməri qırılınca 12-ci mərtəbədən beton zəminə düşüb. Hadisə yerinə gələn sağlamlıq qrupları, öldüyü təyin olunan Əhməd Karakurtun cənazəsini Erciyes Universiteti Tibb Fakültəsi Xəstəxanası meyitxanasına aparıblar.

Geri dön