Ana Sayfa > Karusel / İdman / M2 > Millimiz Fransaya uduzdu

Millimiz Fransaya uduzdu


27-03-2015, 12:14. Yazar: Xeberaz
Millimiz Fransaya uduzdu
2:0.

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan yığmasının mübarizə apardığı 7-ci qrupun oyunlarına start verilib.

Xeberaz.az Oxu.Az-a xəbər verir ki, futbolçularımız ilk oyunda Fransanın Sen Lo şəhərindəki Lui Vilmer stadionunda fransalı həmyaşıdları ilə qarşılaşıb.

Oyunun birinci hissəsində qol qeydə alınmayıb. 61-ci dəqiqədə meydan sahibləri hesabı açıblar – Kinqsli Koman fərqlənib. Oyunun son dəqiqələrində Koman dubla imza atıb - 2:0.

Bu qrupun digər oyununda isə İngiltərə Danimarkanı 3:2 hesabı ilə məğlub edib.
Geri dön