Ana Sayfa > Karusel / Dünya / M2 / İbadət > Peyğəmbəri təhqir edənlər M100 aldı

Peyğəmbəri təhqir edənlər M100 aldı


19-09-2015, 20:02. Yazar: Xeberaz
Peyğəmbəri təhqir edənlər M100 aldı

“Şarli Hebdo” jurnalı söz azadlığının inkişafında göstərdiyi xidmətə görə M100 Media Avard mükafatına layiq görülüb.

Xəbəraz.az xarici mətbuata istinadən xəbər verir ki, Məhəmməd peyğəmbəri və bu yaxınlarda suriyalı körpə Aylanı karikaturaları ilə təhqir edən fransız jurnalı söz azadlığının inkişafına böyük töhfə verdiyinə görə, M100 Media Avard mükafatı qazanıb. Mükafatlandırmanın münsifləri kimi yazıçı Ferdinan fon Şirax və Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer çıxış edib.

Xatırladaq ki, Şarli Hebdo dünyada dini və siyasi xadimləri tənqid və təhqiri ilə məşhurdur. Məhəmməd peyğəmbərin karikaturasının çapından sonra jurnalın redaksiyasına hücum olmuş və nəticədə 12 nəfər qətlə yetirilmişdi.

Geri dön