Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > İlhamənin keçmiş nişanlısı: Sevginə layiq ola bilmədim

İlhamənin keçmiş nişanlısı: Sevginə layiq ola bilmədim


19-09-2015, 16:47. Yazar: Xeberaz
İlhamənin keçmiş nişanlısı: Sevginə layiq ola bilmədim
“Sənsizlik ölüm qədər acıdır”.

ATV-nin aparıcısı İlhamə Bədəlovanın nişanlısı Murad Fətulladan ayrılması barəsində xəbər vermişdik.

Aparıcının keçmiş nişanlısı sosial şəbəkədə İlhamə Bədəlovanın fotolarını paylaşaraq bunları yazıb:

“Sənsizlik ölüm qədər acıdır. Varlığın yaşamaq qədər müqəddəs, sən isə nəfəs qədər önəmli, canım qədər dəyərlisən. Haqqını halal et, sevdiyim. Mən sənin sevginə layiq ola bilmədim”.

Teleaparıcı isə keçmiş nişanlısının etirafına belə cavab verib:

“Səni sevirəm deməklə deyil mərifət, önəmli olan o kəlmənin məsuliyyətini daşımaqdır”.

Qeyd edək ki, İlhamə Bədəlova İnstagram hesabından Murad Fətullanın bütün fotolarını silib.

Xatırladırıq ki, aparıcı nişanlısından xəyanətə görə ayrılıb.Oxu.Az
Geri dön