Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakının mərkəzində 61 yaşlı qadına qarşı iyrənc hərəkət

Bakının mərkəzində 61 yaşlı qadına qarşı iyrənc hərəkət


19-09-2015, 16:11. Yazar: Xeberaz
Bakının mərkəzində 61 yaşlı qadına qarşı iyrənc hərəkət
Polis məlumat yaydı.

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, sentyabrın 14-də saat 21 radələrində T.Elçin küçəsində Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Sevil İsmayılovaya zor tədbiq edərək qızıl boyunbağısını soyğunçuluq yolu ilə talayan şəxs müəyyən edilib.

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Masallı rayon sakini, 1978-ci il təvəllüdlü Zaur Rahil oğlu Əsgərov tutulub.

Araşdırmalar davam etdirilir.
Geri dön