Ana Sayfa > Karusel / Şou-Biznes / Foto-fakt > Müğənni İzzət Bağırov 7 ildən sonra konsert proqramı ilə çıxış edib

Müğənni İzzət Bağırov 7 ildən sonra konsert proqramı ilə çıxış edib


18-09-2015, 21:47. Yazar: Xeberaz
Müğənni İzzət Bağırov 7 ildən sonra konsert proqramı ilə çıxış edib

Müğənni İzzət Bağırov 7 ildən sonra konsert proqramı ilə çıxış edib.

Yaşıl Teatrda baş tutan konsert Türkiyənin məşhur aktyoru Şabanın dialoqu ilə başlayıb. "Mavi, mavi" mahnısı ilə konserti açan müğənni daha sonra qonaqları salamlayıb:

"Hamınız xoş gəlmisiniz. Məni tək qoymadığınız üçün təşəkkür edirəm. Bu gün 25 mahnı ifa edəcəm. Konsertin musiqi rəhbəri Hüseyn Məhəmmdoğludur. İfa edəcəyim mahnılardan birinin sözləri anama məxsusdur. Dünən hava soyuq idi, düşündüm ki, Allah konsertin olmasını istəmir. Düşmənlərim sevindi ki, konsert baş tutmayacaq. Şükürlər olsun ki, bu gün hava gözəldi, məni istəməyənlərin arzusu ürəyində qaldı".

Qeyd edək ki, İzzət konsertinin dekorasiyası üçün 20 min manat xərcləyib."Qafqazinfo"




Geri dön