Ana Sayfa > Karusel / Hadisə / M2 > Qaxda 80 yaşlı ər-arvad vəhşicəsinə döyüldü

Qaxda 80 yaşlı ər-arvad vəhşicəsinə döyüldü


18-09-2015, 13:46. Yazar: Xeberaz
Qaxda 80 yaşlı ər-arvad vəhşicəsinə döyüldü

Qax rayonunda ahıl ər-arvad döyülüb

Qax Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, bu gün səhər saat 08 radələrində rayonun Qaxbaş kənd sakinləri - 1935-ci il təvəllüdlü Babucaşvili Qriqol Qiergiyeviç və onun həyat yoldaşı, 1935-ci il təvəllüdlü Muraşvili Qeno Varqoyevna müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 80 yaşlı ər-arvad gecə saatlarında yaşadığı evdə nəməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüblər.

Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Babucaşvili Qriqol və Muraşvili Qenonın vəziyyəti orta-ağır qiymətləndirilir. Qax rayon Polis Şöbəsindən APA-ya 80 yaşlı ər-arvadın hələlik istintaqa məlum olmayan naməlum şəxslər tərəfindən döyülməsi faktını təsdiqləyiblər. Faktla bağlı Qax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Geri dön