Ana Sayfa > Karusel / Hadisə / M2 > Sərnişin mikroavtobusu qəzaya düşdü: ölən və yaralananlar var

Sərnişin mikroavtobusu qəzaya düşdü: ölən və yaralananlar var


17-09-2015, 17:02. Yazar: Xeberaz
Sərnişin mikroavtobusu qəzaya düşdü: ölən və yaralananlar var



Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib.

Avropa.info-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, içərisində sərnişinlər olan "Ford" markalı mikroavtobus arxadan vurulan zərbə nəticəsində idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb.

Şahidlərin verdikləri məlumata görə, hadisənin baş verməsi nəticəsində ölən və yaralananlar var. Ağır yaralıların xəstəxanalara çatdırıldığı bildirilir.
Geri dön