Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > “Oğluma dedim ki, onlar atanı məhv edəcəklər“

“Oğluma dedim ki, onlar atanı məhv edəcəklər“


17-09-2015, 15:54. Yazar: Xeberaz
“Oğluma dedim ki, onlar atanı məhv edəcəklər“

Xalq artisti Səməd Səmədov oğlu Anarı müğənnilikdən uzaqlaşdırmasının səbəbini açıqlayıb

Müğənni “Günə baxan” verilişində bunları deyib:

“Yaxşı oxumaqla güclü və savadlının fərqi var. Oğlum müğənni olmaq istəyəndə qarşısına beş ifaçının diskini atdım – Elton Hüseynəliyev, Ayaz Qasımov, Elnur Məmmədov, Samir Piriyev və Elçin Cəfərov. Dedim ki, “Neçə illərdir “toylar kralı” adı daşıyıram. Bu beş nəfər nəinki sənin kimi zəifləri, hətta atanı da məhv edəcəklər”. Hər insan bu sözü deməzdi. Belə də oldu, onlar gəldi meydana, hamını məhv etdilər, indi at oynadırlar. Oğlum mənə təşəkkür edir ki, nə yaxşı başıma ağıl qoydun, məni sənətdən uzaqlaşdırdın”.(axşam.az)
Geri dön