Ana Sayfa > Karusel / İdman / M2 > Çempionlar Liqasında növbəti görüşlər keçirilib - NƏTİCƏLƏR +
Çempionlar Liqasında növbəti görüşlər keçirilib - NƏTİCƏLƏR +12-03-2015, 10:16. Yazar: Xeberaz |
Çempionlar Liqasında növbəti görüşlər keçirilib - NƏTİCƏLƏR + VİDEO “Çelsi” doğma divarlar arasında Çempionlar Liqası ilə vidalaşdı. Çempionlar Liqasında növbəti görüşlər keçirilib. Xeber.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. 1/4 finalçılar İngiltərə və Almaniyada keçirilən qarşılaşmalarda müəyyənləşib. “Çelsi” doğma divarlar arasında PSJ ilə üz-üzə gəlib. Oyunun 32-ci dəqiqəsində isveçli futbolçu Zlatan İbrahimoviç qırmızı vərəqə alaraq meydandan qovulub. PSJ səfərdə vurduğu 2 topa görə 1/4 finala yüksəlib. Digər matçda “Bavariya” Donetsk “Şaxtyor”unu sınağa çəkib. Qarşılaşmada “Bavariya” 7:0 hesabı ilə “Şaxtyor”u darmadığın edib. “Real” və “Porto”nun ardınca “Bavariya” ilə PSJ də 1/4 finala vəsiqə qazanıb. Çempionlar Liqası 1/8 final, cavab oyunları 11 mart “Çelsi” (İngiltərə) - PSJ (Fransa) - 2:2 Qollar Kehill, 81, Azard, 96-pen - Luis, 86, Silva, 114 İlk oyun: 1:1 “Bavariya” (Almaniya) – “Şaxtyor” (Ukrayna) - 7:0 Qollar: Müller, 4-pen; 52, Boatenq, 34, Riberi, 49, Badstuber, 63, Levandovski, 75, Götze, 88 İlk oyun: 0:0 Geri dön |