Ana Sayfa > Karusel / İdman / M2 > "Qarabağ" qalib gəldi, "Qəbələ" uduzdu

"Qarabağ" qalib gəldi, "Qəbələ" uduzdu


13-09-2015, 00:14. Yazar: Xeberaz
"Qarabağ" qalib gəldi, "Qəbələ" uduzdu
Ana səhifə 12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü turun oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Günün ilk matçı Gəncədə baş tutub. Burada “Kəpəz” AZAL-ı qəbul edib. Qarşılaşma "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qəbələ” səfərdə “İnter”in qonağı olaub və 1:2 hesabı ilə uduzub.

Avropa Liqasındakı digər təmsilçimiz “Qarabağ” öz meydanında “Xəzər Lənkəran”ı qəbul edib. 1:0 hesabı ilə qalib gələn Ağdam klubu vahid lider olub.

Azərbaycan Premyer Liqası, IV tur

“Qarabağ” – “Xəzər Lənkəran” - 1:0

Qol: Samuel Armenteros, 73 (1:0)

“İnter” – “Qəbələ” - 2:1

Qollar: Dieqo Martins, 9 (1:0), 29 (2:0), Aleksey Antonov, 85 (2:1)

“Kəpəz” – AZAL - 1:0

Qol: Dario Federiko (1:0)

Geri dön