Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt / Reportaj > Ağcabədidə toy kaseti oğurlanıb, bəy-gəlin şəkili üzərinə bıçaq qoyulub - FOTO

Ağcabədidə toy kaseti oğurlanıb, bəy-gəlin şəkili üzərinə bıçaq qoyulub - FOTO


13-09-2015, 00:01. Yazar: Xeberaz
Ağcabədidə toy kaseti oğurlanıb, bəy-gəlin şəkili üzərinə bıçaq qoyulub - FOTO
İstintaq qrupu yaradıldı.

Ağcabədi rayonunda qəribə oğurluq hadisəsi baş verib.
Xəbəraz.az Report-a istinadən xəbər verir ki, rayonun Taxtakörpü qəsəbəsində salınmış Laçın obalarının Qarakeçdi yatağında 2 ev yarılıb.

Laçın məcburi köçkünü Gülbikə Verdiyeva yaylaqdan qayıdarkən qapının qırıldığını və evdən bəzi əşyaların aparıldığını bildirib.

Onun sözlərinə görə, həmçinin oğlunun toy kaseti oğurlanıb, mənzilin girişinə 2 qədəh, bəy və gəlinin şəkili üzərinə isə bıçaq qoyulub.

O, oğruların qonşuluqda yaşayan Bəyoğlan Verdiyevin də evini yardıqları bildirib.

Faktla bağlı Laçın rayon Polis şöbəsində istintaq qrupu yaradılıb, təhqiqat aparılır.
Geri dön