Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Geyimlərimi satışa çıxaracağam

Geyimlərimi satışa çıxaracağam


11-09-2015, 13:19. Yazar: Xeberaz
Geyimlərimi satışa çıxaracağam

Müğənni Azəri Günel Zeynalova geyimlərini satışa çıxaracaq


Sənətçi bu haqda “Həyat tərzi” verilişində deyib. O, əldə olunacaq pulu xeyriyyə məqsədiylə xərcləyəcəyini vurğulayıb:

“İnstaqramda bir səhifə açacam, libaslarımı orada satacam. Çox paltarım var. Nə qədərini başqalarına hədiyyə etmişəm. Libaslar köhnə deyil, hərəsini 1 dəfə geyinirəm. Həm də istəyənlər çoxdur. Pulunu isə köməyə ehtiyacı olanlara verəcəm”.

Geyimlərindən danışan G.Zeynalova sevdiyi rənglərdən söz açıb:

“Dostum Burçin var, libaslarımı o tikir. Sonra oturub üzərində dəyişiklik edirik. Geyimlərimin hamısını özüm seçirəm. Ağ, qara və qırmızı rəngləri sevirəm. Ən çox da qara rəngə üstünlük verirəm”.
Geri dön