Ana Sayfa > Karusel / Maraqlı / Foto-fakt > Dünyanın ən böyük təndiri bizdə – FOTO

Dünyanın ən böyük təndiri bizdə – FOTO


11-09-2015, 11:38. Yazar: Xeberaz
Dünyanın ən böyük təndiri bizdə – FOTO
Təndirin hündürlüyü 6,5 m, diametri 12 m-dir.

Dünyanın ən böyük təndirlərindən biri Azərbaycanın Astara şəhərində - Xəzər dənizinin sahilində yerləşən park-bulvar ərazisində inşa olunur.

Xəbəraz.az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, artıq iki aya yaxındır, tikintisi davam edən təndirin bir aydan sonra istifadəyə verilməsi nəzərdə tutulub.

Təndirin hündürlüyü 6,5 m, diametri 12 m-dir. Bu unikal obyektin inşasında kərpic və daş əvəzində əsasən yüngül metal konstruksiyalardan istifadə olunub. Onun içəri hissəsi isə əl işləri ilə qurulub.

Əsasən 3 bölmədən ibarət olacaq təndirdə Talış mətbəxinin ən məşhur yeməkləri, eləcə də çörək hazırlanacaq. Bişiriləcək təamlar isə park-bulvara istirahətə gələn qonaqlar üçün nəzərdə tutulub.

Hazırda təndirin içərisində suvaq işləri və tavan hissəsinin tikintisi davam etdirilir.

Geri dön