Ana Sayfa > Karusel / Gündəm > Hər kəs bu tarixi gözləyir: Yanvarın 3-nə keçən gecə... - 120-yə qədər

Hər kəs bu tarixi gözləyir: Yanvarın 3-nə keçən gecə... - 120-yə qədər


26-12-2023, 09:34. Yazar: Xeberaz

Yanvarın 3-nə keçən gecə 2024-cü ilin ilk meteor yağışı gözlənilir. Həmin gün "kvadrantidlər" kimi tanınan meteor seli müşahidə olunacaq.Bu barədə Moskva Planetariumunun (Rusiya) Mətbuat Xidməti məlumat yayıb.

Astronomlar bir saat ərzində 120-yə qədər meteorun görünə biləcəyini proqnozlaşdırırlar.

Beynəlxalq Meteor Təşkilatının proqnozlarına əsasən, aktivliyin pik olduğu gecə saatda 120-yə qədər meteor müşahidə oluna bilər ki, bu da açıq səmada dəqiqədə təxminən bir-iki meteor təşkil edir.

"Ulduz yağışı"nı müşahidə etmək üçün ən uyğun vaxt gecənin ikinci yarısı hesab olunur.


Geri dön