Ana Sayfa > Karusel / Hadisə > Gəncədə qardaş bacısını "Instagram"a girdiyinə görə öldürdü

Gəncədə qardaş bacısını "Instagram"a girdiyinə görə öldürdü


27-11-2023, 08:54. Yazar: Xeberaz

Gəncədə baş verən qətlin bəzi təfərrütları məlum olub.

Xeberaz.az apa-ya istinadən xəbər verir ki, qardaş bacısını "Instagram"dan istifadə etdiyi üçün bıçaqlayıb.


O, bacısının boğazını kəsərək qətlə yetirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı ƏliAllahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, Əli Allahverdizadə hərbçidir.


Geri dön