Ana Sayfa > Karusel / Gündəm / Təhsil > Bu tarixdən məktəblər bağlanır - Dərs olmayacaq
Bu tarixdən məktəblər bağlanır - Dərs olmayacaq14-11-2023, 09:10. Yazar: Xeberaz |
Noyabrın 16-dan ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinin beşgünlük payız tətili başlayır. Elm və Təhsil Nazirliyindən bildirilib ki, payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr - 5 gün olmaqla əhatə edir", deyə nazirlik qeyd edib.
Geri dön |