Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda sərxoş ata maşını aşırdı, azyaşlı oğlu öldü

Azərbaycanda sərxoş ata maşını aşırdı, azyaşlı oğlu öldü


13-11-2023, 10:16. Yazar: Xeberaz



İmişli rayonunda avtomobil aşıb, ölən və xəsarət alanlar var.

Xeberaz.Az report-a istinadən xəbər verir ki, hadisə İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Məmmədli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Coşqun Tağıyevin sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə əks yola çıxmaqla ötmə əməliyyatı apararkən idarəetməni itirib aşaraq yol-nəqliyyat hadisəsi törədib. Nəticədə sürücü C.Tağıyev və avtomobildə olan sərnişinlər - 1976-cı il təvəllüdlü İnci Tağıyeva, 2009-cu il təvəllüdlü Rəqsanə Tağıyeva və 2014-cü il təvəllüdlü Fəxri Tağızadə xəsarət alıblar. Sonuncu noyabrın 12-də aldığı xəsarətlərdən İmişli Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı istintaq aparılır.


Geri dön