Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Azərbaycanda yük maşınının təkəri çıxıb yol kənarındakı şəxsi öldürdü - FOTO

Azərbaycanda yük maşınının təkəri çıxıb yol kənarındakı şəxsi öldürdü - FOTO


11-11-2023, 15:06. Yazar: Xeberaz



Bakı-Qazax magistral yolunun Ağdaş rayonundan keçən hissəsində piyadanın ölümü ilə nəticələnən hadisə baş verib.

Rayonun Ləki qəsəbəsinin girişində yük avtomobilinin təkəri çıxaraq yanacaqdoldurma məntəqəsində dayanan 1983-cü il təvəllüdlü Hümbətov Aqil Aydın oğluna dəyib. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Araşdırma aparılır.

Məqaləyə dair fotomateriallar:




Geri dön