Ana Sayfa > Karusel / Səhiyyə > Turşudan zəhərlənməmək üçün nələrə diqqət etməliyik? - VİDEO

Turşudan zəhərlənməmək üçün nələrə diqqət etməliyik? - VİDEO


11-11-2023, 11:39. Yazar: Xeberaz

Ötən gün Biləsuvarda səkkiz yaşlı qız turşudan zəhərlənərək ölüb.

Xeberaz.Az musavat.com-a istinadən bildirir ki, bu kimi halların yaşanması "turşudan zəhərlənməmək üçün nələr edilməlidir?" sualını ortaya çıxarır.

Zəhərlənmələrdən sığortalanmaq üçün turşularda yalnız təzə və keyfiyyətli məhsullardan istifadə edilməsi məsləhət görülür.

Meyvə və tərəvəzlər bağlanmazdan öncə yaxşıca axar suda yuyulmalıdır. Konservlərin bir saatdan az olmayaraq sterilizasiya edilməsi və soyuq yerdə saxlanması tövsiyyə olunur.


Geri dön