Ana Sayfa > Karusel / Hadisə > 8 yaşlı qız turşudan zəhərlənib öldü

8 yaşlı qız turşudan zəhərlənib öldü


10-11-2023, 18:44. Yazar: Xeberaz

8 yaşlı qız turşudan zəhərlənib öldü - YENİLƏNİB


Noyabrın 10-da saat 13:30 radələrində Biləsuvar rayonunun Təzəkənd kənd sakini, 2015-ci il təvəllüdlü vətəndaşı üçün təcili yardım çağırışı olub. Vətəndaşın xəstəxanayaqədər ölüm halı qeydə alınıb.

Bu barədə  TƏBİB-dən məlumat veriıib. 

Qeyd edək ki, bu gün 2015-ci il təvəllüdlü Tellixanım Anar qızı Məmmədli qəfil vəfat edib. Onun ölümünə ev şəratində hazırlan kələm turşusunun səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Geri dön