Ana Sayfa > Karusel / Səhiyyə > Mağazadakı paltarları geyinərkən diqqətli olun - əks halda...

Mağazadakı paltarları geyinərkən diqqətli olun - əks halda...


7-11-2023, 11:29. Yazar: Xeberaz

Mütəxəssislər qaşınma hallarının artmasına qarşı xəbərdarlıq edərək geyimlərin 60 dərəcədə yuyulması lazım olduğunu vurğulayıblar.

Son zamanlar qaşınma hallarında ciddi artım var.






Ad - 00:14
Kontakt yolu ilə bulaşan qaşınma xəstəliyinin qısa əl sıxışması zamanı yoluxma ehtimalı azdır. Digər tərəfdən, bu xəstəlik uzun müddət qucaqlaşmaq, eyni şəxsi əşyalardan, yataq dəstlərindən, dəsmallardan və paltarlardan istifadə etməklə yoluxa bilər.

Gün ərzində mağazalarda sınadığımız paltarlardan da qotur xəstəliyinə tutulma riski var.

Geyindiyimiz paltarı bizdən əvvəl qoturlu biri sınayıbsa, xəstəlik bizə də keçə bilər. Qoturun simptomları qaşınma gənəsi dəridə yerləşdikdən sonra 2-6 həftə ərzində görünür.

Qotur parazitini və onun yumurtalarını öldürmək üçün geyinilən bütün paltarlar və istifadə olunan digər əşyalar ən az 60 dərəcədə yuyulmalıdır. Çünki qotur gənəsi yüksək temperaturda yaşaya bilməz.

Geri dön