Ana Sayfa > Karusel / Hadisə > Masallıda dəhşətli qətl: Ata qızını öldürdü
Masallıda dəhşətli qətl: Ata qızını öldürdü7-11-2023, 11:27. Yazar: Xeberaz |
Noyabrın 7-də saat 05 radələrində Masallı rayonunun Yeddioymaq kənd sakini 1996-cı il təvəllüdlü Salatın Fətullayevanın yaşadığı evdə ölməsinə dair Masallı rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Masallı rayon prokurorluğu məlumat yayıb. Araşdırmalarla 1969-cu il təvəllüdlü Hüseyn Şükürovun qızı Salatın Fətullayevaya aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Şükürov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.
Geri dön |