Ana Sayfa > Karusel / Şou-Biznes > Təranə Qumral: “Musanın ən böyük qorxusu məni itirməkdir”

Təranə Qumral: “Musanın ən böyük qorxusu məni itirməkdir”


3-11-2023, 11:34. Yazar: Xeberaz

Atv telekanalında yayımlanan "Rəngarəng səhər” verilişində qonaq olan Təranə Qumral özəl açıqlamaları ilə yadda qalıb.

 Müğənni ilk dəfə həyat yoldaşı müğənni Musa Musayevi boşamasından danışıb:

"Arada Musanı boşamışdım. Zaur bizi barışdırdı, yenidən nikah elədik. Musa bir az dəli-dolu adamdır. Bir az cığırından çıxır arada. Onu cığırına qaytarmaq üçün, qorxutmaq lazımdır. Musanın ən böyük qorxusu məni itirməkdir. Mənim kimi gözəl xanımın yanında infarkt olmaq lazımdır da. Amma mənə görə olmayıb. Onların nəslində bu problem var. Musanı belə saxlayan mənəm, hələ yaxşı qalıb. Onu mən ölümdən qaytarmışam. Çox ağır vəziyyətdə idi. Nələr elədim onun üçün və həyata qaytardım”.

Təranə Qumral daha sonra Musa Musayev xəstəxanada olanda anasının onu görməyə gəlmədini deyib:

"Gəlib onu görmədilər. Mən telefonla görüntülü yığdım, oğlunu ona göstərdim. Bu mənim ana ürəyim idi. Onun ana nəvazişinə ehtiyacı var idi. Anası əməliyyata girən adama deyir ki, özündən muğayət ol. Mən yoldaşıyam, sevdiyiyəm, arxa dayağıyam amma ona ana qayğısı lazım idi”.

Geri dön