Ana Sayfa > Karusel / Hadisə > Bakıda 11 yaşlı yeniyetmə döyülərək qabırğaları sındırılıb

Bakıda 11 yaşlı yeniyetmə döyülərək qabırğaları sındırılıb


3-11-2023, 09:41. Yazar: Xeberaz

Bakının Binəqədi rayonunda yeniyetmənin ağır xəsarət alması ilə nəticələnən döyülmə hadisəsi baş verib.

XEBER.AZ"Report”a istinadən xəbər verir ki, 2012-ci il təvəllüdlü Həsənli Ülfət Rahil oğlu döyülüb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qabırğaların sınığı, bədənin çoxsaylı hematoması və sıyrılmış yaraları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

Geri dön