Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda ana və qızı evlərində döyüldü - Biri öldü - FOTO

Bakıda ana və qızı evlərində döyüldü - Biri öldü - FOTO


1-11-2023, 10:48. Yazar: Xeberaz



Bakı şəhər Nəsimi rayonunda qonşular arasında dava-dalaş olub.

Oktyabrın 30-u saat 23 radələrində 1969-cu il təvəllüdlü Səttərov Sayruz Hidayət oğlu mübahisə nəticəsində qonşuları - Ağadadaş Qurbanov küçəsi 21 ünvanında kirayədə yaşayan 1959-cu il təvəllüdlü Çabanova Marina Yevgenyevna və 1987-ci il təvəllüdlü qızı Vəliyeva Nərminə Mayis qızının sifət nahiyəsinə yumruqla zərbələr endirib. Zərbələrin təsirindən M.Çabanova huşunu itirib. O, oktyabrın 31-i saat 09 radələrində ayılıb və qızını yataq otağında döşəmənin üzərində ölmüş vəziyyətdə aşkar edib.

Faktla bağlı cinayət işi başlanıb, Sayruz Səttərov şübhəli şəxs kimi tutulub.

qafqazinfo


Məqaləyə dair fotomateriallar:



Geri dön