Ana Sayfa > Karusel / Hadisə / Dünya > Paketin pulunu verməyən müştərinin qulağını dişlədi

Paketin pulunu verməyən müştərinin qulağını dişlədi


31-10-2023, 18:37. Yazar: Xeberaz

Novorossiyskdə ərzaq mağazasında kassir müştərinin qulağını dişləyib..Axşam saatlarında kişi mağazaya gedərək alış-veriş edib. Ödəniş zamanı kassir ondan paketin də pulunu ödəməsini istəyib. Lakin müştəri ödənişdən imtina edib.

Bildirilir ki, kassir özündən çıxaraq, müştərini söyüb və söhbəti küçədə davam etdirməyi təklif edib.

Onlar arasında söz mübahisəsi davaya çevrilib. Nəticədə Novorossiysk sakini olan kassir mağazanın müştərisini divara sıxıb, sol qulağını dişləyib və qaçıb.

O, tezliklə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və daha sonra məhkəmə onu 3 il müddətinə azadlıqdan məhrum edib.


Geri dön