Ana Sayfa > Karusel / Şou-Biznes > Alt paltarı görünüşlü şalvarları da DƏBƏ ÇEVİRDİLƏR?

Alt paltarı görünüşlü şalvarları da DƏBƏ ÇEVİRDİLƏR?


28-10-2023, 09:33. Yazar: Xeberaz

Əvvəlcə müğənni Aysel Əlizadənin, daha sonra isə aktrisa Pərvin Abıyevanın geyindiyi və reklam etdirdiyi şalvar sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb.

İlk baxışdan alt paltarının nümayişini xatırladan şalvar görənlər tərəfindən ciddi qınaqla qarşılanıb. 

Çünki ictimai yerə bu cür geyimlə çıxmaq və yaxud bu şalvarda çəkdirdiyi şəkilləri sosial mediada paylaşmaq ən azından etiket qaydalarına ziddir. Çünki, bu şalvar və onu geyinən şəxs haqqında heç də yaxşı assosasiya yaranmır.

Məsələyə münasibət bildirən tanınmış sosioloq Üzeyir Şəfiyev Bizim.Media-ya açıqlamasında bildirib ki, "sarı mətbuat"ın mövzusu olan belə informasiyalar ciddi mətbuata da nəinki ayaq açır və hətta manşetləri zəbt edir: "Belə şəxslərin "star" a çevrilməsində mətbuatın böyük məsuliyyəti var və tənqidə açıq sahələri çoxdur. Bu isimlər "star"a çevrildikdən sonra çox təəssüf ki, hələ psixologiyası formalaşmaqda olan yeniyetmə və gənclər üçün kumirə çevrilirlər, onların tərzləri və geyimləri də modaya çevrilərək kütləviləşir. Belə vulqar tərzlərin və onları təşviq edən "star"ların cəmiyyətə sırınmasında birinci növbədə media günahkardır. 

Çünki təbliğat ruporu olan media təkcə ictimai rəyi ifadə edən deyil, həm də ictimai rəyi formalaşdıran bir vasitədir.

"Cini şüşədən çıxarmazdan" qabaq fikirləşmək lazımdır. Əfsuslar olsun ki, telekanallar və saytlar sosial məsuliyyəti lazımınca dərk etmirlər, peşə məsuliyyəti və etikasını reytinq "yarışı" na qurban verirlər. Nəticədə özləri də bilmədən cəmiyyətin sosial xarakterinin formalaşmasına mənfi təsir göstərirlər".


Geri dön